İraqın paytaxtı Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.
***
Bağdadda terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində 31 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Çadır İraq paytaxtının şimalında yerləşən Şaab rayonundakı bazarda yerləşib.