“Azərbaycanda süd istehsalçıları arasında qırğın gedir, artıq hamı zərədədir”.
“Marja”nın məlumatına görə, bunu “Azərsun Holdinq” İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Aqrar inkişaf komissiyanın sədri Abdolbari Goozal cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
“Məhsul satmaq üçün qiymətlərdə endirim edilir, məhsulun üzərində hədiyyələr verilir. Reklamlardan da bunu görürsünüz. Süd istehsalçıları çırpınırlar, Sizə deyim ki, biz qarışıq hamısı zərər edir. Süd biznesi pul qazandırmır. Amma ola bilsin ki, gələcəkdə bazar oturuşandan sonra qazandırsın. Burada keyfiyyət qazanacaq. Biz dayanmadan süddə keyfiyyəti yüksəltmək üçün sərmayə yatırırıq. İndiAzərbaycanda insanlar yarım kilo da olsa, keyfiyyətli mal almaq istəyir”.