Dünyanın ən yaxşı xarici valyuta proqnozçusunun dollar tövsiyəsi: ABŞ-da prezident seçkinin nəticələri nə olursa olsun, “dollar al”.
“Marja” xəbər verir ki, Bloomberg-in valyuta proqnozunun doğruluğu sıralamasında ardıcıl ikinci rübdə də ilk yeri tutan “Julius Baer Group Ltd”, Donald Trump-ın seçkiləri qazanması vəziyyətində müdafiə siyasətlərinin dolların inkişaf edən bazar valyutaları qarşısında dəyər qazanmasına səbəb olacağını bildirir. Hillari Klintonun prezident olması vəziyyətində isə, Klinton böyük bir ehtimalla mövcud vəziyyəti qoruyacaq və investorların yenidən ABŞ-da faiz artırımına fokuslanması ilə dollar yüksələcək.
Frankfurtda “Julius Baer”nin valyuta araşdırma departamentinin rəhbəri Devid Kohl, “Kim qalib gələcəyindən asılı olmayaraq dollar alın. Qeyri-müəyyənlik getdikcə artır və bu ABŞ Dolları üçün yaxşı haldır” – deyib.