ABŞ iqtisadiyyatının ikinci rübə dair iqtisadi artım nisbəti 1,1%-dən 1,4%-ə dəyişdirilib. Analitiklər rəqəmin 1,3%-ə dəyişdiriləcəyini gözləyirdilər.
ABŞ Ticarət Nazirliyinin yenilədiyi məlumatına görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) bu ilin ikinci rübündə 1,4 artıb. Keçən ay açıqlanan ikinci təxmini rəqəm 1,1% idi.
Ölkə iqtisadiyyatının təxminən 70%-ini meydana gətirən fərdi istehlak xərclərindəki artım isə 4,4%-dən 4,3%-ə dəyişdirilib.
Analitiklər, ilk rübdə 1,1% artmış ABŞ iqtisadiyyatının ikinci rübdədə 1,4%-ə yüksəlməsini, qlobal yavaşlamaya və şoklara baxmayaraq Amerika iqtisadiyyatının müqavimətini qoruduğu şəklində qiymətləndirirlər. Bu da ABŞ Mərkəzi Bankı Fed-in faizləri artırması üçün şərtlərin yaxşılaşdığına işarə edir.