Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan hüquqi şəxslərin rəhbərlərinin yeni siyahısını açıqlayıb. Nazirlikdən verilən məumata əsasən, bu dəfə siyahıda 529 şirkətin adı var.
Onlardaa 34 şirkət bir nəfərə məxsusdur. Xaricə çıxışına qadağa qoyulan daha bir nəfər isə 20 şirkətin sahibidir. Digər 17 şirkət də bir fiziki şəxsə məxsusdur.
Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan hüquqi şəxslərin rəhbərlərinin siyahısında 6 nəfər xarici vətəndaş da var. (fins.az)