Eks-spiker xalqı 11 və 18 sentiyabr aksiyalarında iştiraka səslədi
“Əsas məqsəd biz qul olmaq istəmirik” harayını hakimiyyətə və dünya ictimaiətinə çatdırmaq olmalıdır!”
Eks-spiker Rəsul Quliyev xalqı Milli Şuranın 11, Müsavat Partiyasının isə 18 sentyabra təyin etdiyi mitinqdə fəal iştiraka çağırıb. Rəsul Quliyev bununla bağlı xalqa müraciət edib. Eks-spikerin müraciətini təqdim edirik:
“Əziz Azərbaycan vətəndaşları bu mitinglərin kimlər və hansı təşkilatlar tərəfindən keçirilməsi sizi maraqlandırmamalıdır. Birinci mitinqi Milli Şuranın və ikincisini Musavat partiyası keçirir, qoy onları dəstəkləyənlərdə iştirak etsin prinsipi hamımızın ziyanına işləyəcəkdir! Bu mitinqlərdə elliliklə iştrak edib bir xalq olaraq “KONSTİTUTSİON DİKTATURA İSTƏMİRİK!” deməliyik.
Bu gün kimlərsə Milli Şura, kimlərsə Müsavat partiyasına, onların rəhbərlərinə inanmır və onların bayrağı altında yığışmağı istəmir. Ola bilər bəzi özündən müştəbehlər bu fikirlə razı olmasın. Ancaq onların fikirləri sizi maraqlandırmasın!
Əsas məsələ biz qul olmaq istəmirik harayınızı dünya ictimaiətinə, eyni zamanda hakimiyyətə çatdırmaq və onu bu referendumdan çəkindirməkdir.
Onun üçün də hakimiyyət tərəfdarları ağıllılarından tutmuş heç bir siyasətlə məşğul olmayanlara qədər hamı mitinqə getməlidir.
Birinci mitinq izdihamlı, ikinci mitinq isə möhtəşəm olmalıdır!
Bu dəfə məqsəd xalqın qanuni diktaturaya yox deməsini göstərmək olmalıdır! Onun əsas iştirakçıları isə siz sadə vətəndaşlar olmalısınız.
Hakimiyyət xalqın YOX deməsinin 15-20 min insanın yerləşə biləcəyi meydana sığmadığını görməlidir!
11 sentiyabrda bütün partiyalar, müxtəlif birliklər, gənclər təşkilatları mitinqdə iştirak etməlidir və sizlər məni facebookdan izləyən minlərlə insanlar toplumu olaraq sizləri Azərbaycanımızın gələcəyi üçün özünüzə əziyyət verib o, mitinqlərə getməyə səsləyirəm.
18 sentiyabr tarixində keçiriləcək mitinq eyni qaydada yenidən bütün partiya və birliklərin sadə vətəndaşların iştirakı ilə və ən azı birinci mitinqdən 3-4 dəfə güclü keçməlidir, çünki bu mitinq referendum öncəsi sonuncu mitinq olacaq.
Hesab edirəm ki, bu dövrdə hansısa partiya və birliklər həmişə olduğu kimi özlərinin reklamı ilə məşğul olmamalıdır. Yeganə təbliğat “MƏN QUL OLMAQ İSTƏMİRƏM!” harayı olmalıdır.
Əziz azərbaycanlılar, BİZ AZAD İNSANLARIQ deməyin vaxtı çatıb. Bu bizim axırıncı şansımızdır, əldən buraxmayın. Sizləri böyük ümidlərlə Milli Birliyə, Milli Birlik mitinqlərinə səsləyir, xalqımıza bu haqq uğrunda mübarizədə uğurlar diləyirəm”.