“Nardaran işi” üzrə keçirilən məhkəmədə təqsirləndirilən şəxslər “Azadlıq” qəzetinə abunə olmaq barədə qərar veriblər. Onlar bu addımlarını “Azadlıq” qəzetinin bu məsələdə obyektiv mövqeyinə, eləcə də qəzetə dəstək olmaları ilə izah ediblər.
Məhkəmədə iştirak edən yaxınlarına bu işi tezliklə reallaşdırmağı tapşırıblar. Məhkəmə bitdikdən dərhal sonra təqsirləndirilənlərin yaxınları abunə olmaq üçün redaksiyamıza müraciət ediblər.