Xəzər dənizinin Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisindəki hissəsində bir nəfər dənizdə batıb.
Qusar rayon Yasab kənd sakini, 1990-cı il təvəllüdlü Xalidov Teymur Aydın oğlu avqustun 25-də gecə saatlarında, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıdakı nəzarətsiz ərazidə, dənizdə batıb. Batan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunub.
Aparılan axtarışlar nəticəsində T. Xalidovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
(apa)