Almaniya Türkiyənin Suriya ərazisində İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi əməliyyatı dəstəkləyib. Berlin hesab edir ki, Türkiyənin belə əməliyyat keçirmək üçün tam hüququ var. Belə bir bəyanatla Almaniya xarici işlər nazirliyinin nümayəndəsi Martin Şefer çıxış edib. Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında kürdlərin nəzarətində olan zonanın olmasını da istəmir.
azadliq.info