Xərçəng xəstəliyinin geniş yayılmasının əsas səbəblərindən biri broyler toyuqlarıdır…
Istanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya Institutunun müəllimi Yavuz Dizdar şok açıqlama ilə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə, Y.Dizdar Türkiyənin “Vatan” qəzetinə müsahibəsində dünyanı bürüyən xəstəliklərin səbəblərini açıqlayıb. O, xərçəng xəstəliyinin əsas səbəblərindən birinin broyler toyuqları olduğunu söyləyib:
“Bilirəm sıxılacaqsınız, üzüləcəksiniz, amma həqiqətləri öyrənmək lazımdır. Sümükləri inkişaf etməsin, sadəcə, ətə dolsun deyə, toyuqlar tarladakı pomidorlar kimi, heç tərpənmədən yetişdirilir. Buraxsanız belə, tərpənmirlər, əlinizə aldığınız zaman sümükləri qırılır. Bu, inanılmaz vicdansızlıqdır. Bunu kəsimdə çalışan dostum danışıb. 1,7 kiloqram yemlə 1 kiloqramlıq toyuq əldə edirlər. Çox insan sağlam qidalanmaq üçün ancaq toyuq əti yeyir. Sonra da görürük ki, hər gün bir gənc qadın döş vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bu xərçəngin yaranma səbəbi toyuqlardan alınan bəzi hormonlardır. Bu hormonlar 8 ayda dananı elə böyüdür ki… Qurban bayramlarında belə, hormonsuz heyvan yoxdur. Hamısına böyümə hormonu vurulub bazara göndərilir”.
Dostum qızına yumurta verməyi kəsdi, uşaq sağlamlığına qovuşdu…
Y.Dindar deyib ki, yaxın dostunun 10 yaşlı qızının ayaqları tüklənməyə başlayıb: “Həkimlərdən dəqiq diaqnoz almadıqları üçün valideynləri uşağa nə yedirtdiklərinə diqqət ediblər. Gəldikləri nöqtə yumurta olub. Hər gün bir yumurta yeyən uşağa yumurtanı vermədikdən sonra tüklənməsi keçib. Sonra orqanik yumurtadan (kənd yumurtası) istifadə etməyə başlayıblar. Gündə iki-üç dəfə yumurtlada bilmək üçün toyuğa mütləq bir şey edilməlidir. Təbii yolla toyuq bu qədər yumurtlaya bilməz. O üzdən uşaqlarda cinsi yetişkənlik zamanı müəyyən problemlər yaranır. Qorxunc gedişat var. Bu ölkənin qidalanmasının düzəlməsi lazımdır. Yediyimiz yumurtadan hormon alırıq, süd onsuz da süd deyil, qatıq desən, elə…”.
Qeyd edək ki, Azərbaycanda da onlarla broyler şirkətləri fəaliyyət göstərməkdədir. Ekspertlər dəfələrlə ölkəmizdə yetişdirilən belə toyuq və toyuq məhsullarının insan orqanizminə zərərli olduğunu deyiblər. Hətta aldığımız məlumata görə, məşhur broyler şirkətlərindən birinin sahibi öz övladına oxuduğu təhsil müəssisəsində toyuq və toyuq məhsullarından hazırlanan yeməklərin verilməsini qadağan edib.
Nəticəni özünüz çıxarın…