“Gülənçi” ittihamının arxasından Rusiya çıxdı VİDEO

ali-kerimli-tribunaAXCP sədri Əli Kərimlinin “gülənçi” çıxarılmasının arxasından rəsmi Kreml çıxdı. Sən demə, bu cəfəng iddia Azərbaycan mətbuatı ilə yanaşı Rusiya dövlət televiziyası vasitəsilə də gün ərzində dəfələrlə yayımlanıb. Əli Kərimli Facebook səhifəsində Rusiyanın cəfəng ittihamlarına cavab verib:

“Dostlar, hökumət mətbuatının məni “gülənçi” çıxarmasının sifarişçisi Rusiya imiş. Buyurun, Rusiya dövlət televiziyasının xəbərlər proqramının (Vesti) məni və bötövlükdə milli demokratik düşərgəni hədəf almış proqramı ilə tanış olun. Bizdən gülənçi, çevrilişçi, dini radikal düzəltmək bunların ağlı imiş. Azərbaycanı Rusiya təsirindən çıxarmaq üçün çalışmalarımızdan narahat imişlər. Ötən il Türkiyə və Rusiya arasında yaşanan “uçaq krizi” zamanı Türkiyəyə dəstəyimizin qisasını alırlar bizdən. Müstəqilliyini 25 il qabaq bərpa etmiş ölkəmizdə təəssüf ki, hələ də keçmiş imperiyanın direktivləri keçərlidir. Hələ də bu ölkənin milli qüvvələrini satqınların əlilə qaralaya bilirlər. Ancaq narahat olmayın, 25 il öncə Bakını işğal edən Sovet ordusu müstəqilliyimizin qarşısını ala bilmədiyi kimi, indikilər də öz şər və böhtanları ilə ölkəmizdə demokratik dəyişikliklərin qarşısını ala bilməyəcək”!