Bakının Tbilisi prospektində, avtomobillərin hərəkət hissəsində asfalt çöküb.
Milli.Az-ın məlumatına görə, artıq bir neçə gündür telefon naqillərinin yerləşdiyi quyunun olduğu ərazidən asfaltın çökməsi ərazidə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
«Bakı telefon rabitəsi» İstehsalat Birliyi yanında Yasamal telefon qovşağının mühəndisi Nizami Abbasov fakt haqda xəbərdar olduqlarını bildirib: «Həmin telefon quyusu «Aztelekom» İstehsalat Birliyinin balansındadır. Artıq problemlə bağlı onlara məlumat vermişik. Yaxın günlərdə problem aradan qaldırılacaq».