Türkiyənin Bingöl vilayətində polisə hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Hadisə nəticəsində daha 4 asayiş keşikçisi yaralanıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
***
Türkiyənin Bingöl vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisə nəticəsində 5 polis əməkdaşışəhid olub, 4-ü yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralanan polislər xəstəxanalara çatdırılıb. Terrorçuların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
***
Türkiyənin Bingöl şəhərində terror aktı törədilib.
“Milliyet” xəbər verir ki, Bakı vaxtı ilə saat 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.
Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb.