Paytaxtın Qaradağ rayon, 38-ci polis bölməsinin əməkdaşları Sahil qəsəbəsində mənzilləri qarət edən iki nəfəri saxlayıb.
1989-cu il təvəllüdlü qəsəbə sakini, Quliyev Elgün Umud oğlu və 1990-ci il təvəllüdlü Zərbəliyev Kamran Mahmud oğlu 4-5 mənzildən xeyli miqdarda qızıl-zinət əşyası və külli miqdarda pul oğurlamaqda şübhəli bilinir.
Saxlanılarkən hər iki şəxs əməllərini etiraf edib. Onlar oğurluq yolu ilə əldə etdikləri qiymətli metalları, paytaxtın müxtəlif ərazilərində dəyərindən ucuz qiymətə satıblar.
Faktla bağlı bölmədə toplanılan material rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.