İyulun 26-da futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçirilir.
Azərbaycan çempionu “Qarabağ” bu gün
Çexiyada Plzenin “Viktoriya” klubu ilə qarşılaşır.
“Dusan Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 22:15-də başlayır.
Bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
22:15. “Viktoriya” (Çexiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Plzen. “Dusan Arena” stadionu