İyulun 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə fins.az-a BFB-dən məlumat verilib. Məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir.
Hərrac zamanı 5 investor 7 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,065,100 AZN təşkil edib.
Sifarişlər 83.4095 AZN (20.00%) və 89.3119 AZN (12.033%) qiymət intervalında təqdim edilib.
Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.