Turqut Ər Azərbaycan həqiqətlərini türkiyə ictimaiyyətinə çatdırdı
Ankarada Atatürk Kültür Mərkəzində “Qafqazlarda demokratiya və Türkiyənin rolu” adlı konfrans keçirilib. Konfransda əsas məruzəçi vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış diplomat Turqut Ər olub.
Turqut Ərin məruzəsini ixtisarla təqdim edirik:
***
Bizim bu gün üzərində dayanmağa çalışacağımız əsl mövzu Cənubi Qafqazdır.ÿCənubi Qafqazda ölkələri müstəqilliklərini 1990-cı illərin əvvəllərində qazanıblar. Amma Rusiyanın hərbi birlikləri, Azərbaycan istisna olmaqla, Cənubi Qafqazın digər ölkələrindən heç cür çıxmırdı. Rusların müxtəlif təzyiqlər və seçki hiylələrilə yenidən hakimiyyətə gətirdiyi idarəçilər bunu istəmirdilər. Gürcüstandakı rus hərbi birlikləri ancaq gerçək demokratiyaya addım atıldıqdan sonra ölkədən çıxarıldı. Ermənistanda isə hələ də sərhəd qoşunları da daxil olmaqla, həm hərbi əsaslar, həm də ordu birlikləri var.
Azərbaycan Türkləri 20 yanvar 1990-cı ildə Qızıl Ordunun Bakını işğalına qarşı müqavimət göstərməklə, yüzlərlə insanın şəhid olması nəticəsində müstəqilliyini qazandı. 7 iyun 1992-ci ildə ölkədə ikinci dəfə demokratik seçki keçirildi və 67 faiz səs qazanan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy prezident seçildi. Elçibəy hökumətinin ilk işi isə rus hərbi birləşmələrini ölkədən çıxarmaq oldu. Çünki daha əvvəl başlamış Dağlıq Qarabağ savaşı məhz rus hərbi birləşmələrinin ermənilərə dəstəyilə davam edirdi.
Rusların, eləcə də Türkiyənin o zamankı bəzi üst səviyyə səlahiyyətlilərinin dəstəyilə Azərbaycanda Elçibəy hakimiyyətinə son qoyuldu və kommunizm dövrünün Siyasi Bürosunun üzvü, KQB generalı Heydər Əliyev hakimiyyətə gətirildi.ÿƏliyev rəhbərliyə gəlir-gəlməz, Dağlıq Qarabağ və ətrafındakı altı rayon dörd-beş ayın içində ermənilərin əlinə keçdi.ÿAzərbaycan torpaqlarının 20 faizi işğal edilmiş oldu.ÿBir milyondan çox azərbaycanlı Türk öz ölkəsində qaçqın vəziyyətinə düşdü.
Azərbaycan neft, qaz və digər təbii qaynaqlar baxımından Qafqazın və Orta Şərqin ən zəngin ölkələrindən biridir.ÿAzərbaycan xüsusilə Türk dünyasının birlik və bərabərliyi baxımından Qafqazın, Don-Volqa boylarının, Orta Asiya respublikalarının kilid ölkəsi sayıla bilər.ÿAzərbaycanın gerçək demokratiyaya keçidi bölgədəki ölkələrə nümunə olacaq.
Müxalif jurnalistlər həbsə atılır, mitinqlərə icazə verilmir…
Azərbaycanda bir çox siyasi partiyalar var, bunlardan bəziləri mövcud sistemin əlaltılarıdır. Amma 1993-cü ildən bu yana müxtəlif çətinliklərlə mübarizə aparmaqda olan partiyalar aparıcı müxalif mövqedədirlər. Lakin bu partiya liderlərinin, funksionerlərinin ölkə səviyyəsində təşkilatlanmalarına, toplantılar, yığıncaqlar keçirmələrinə icazə verilmir.ÿBir müxalifət partiyasının ümumiyyətlə, qərargahı yoxdur. Partiyaların qurultaylarını keçirmələri üçün onlara salonlar belə, verilmir.
Media dövlət və ya ölkəni idarə edən ailənin əlindədir.ÿMüxalifət partiyalarına televiziya və radiolarla hətta seçki dövrlərində də yer verilmir. Partiyalara dövlət dəstəyi yoxdur.ÿSeçki sistemi və qanunvericilik müasir demokratiyaya uyğun hazırlanıb, lakin xalqın seçki qutusunun başına getməsi əngəllənməkdə, seçkinin nəticələri xalqın verdiyi səslərə görə deyil, Prezident Administrasiyasının göstərişinə görə müəyyənləşdirilir. Stalinin məşhur fikri var: “Seçkidə kimin səs verdiyi deyil, səsləri kimin saydığı əhəmiyyətlidir”. Azərbaycanda da məhz bu qayda tətbiq olunmaqdadır.
2003-cü ildə prezident seçkisində müxalifət partiyalarının ortaq namizədi qələbə qazansa da, totalitar idarənin başındakı tiranın qalibiyyəti elan olundu. 2005-ci ildə parlament seçkilərində də eyni saxtakarlıqlar edildi.
Absurd bəhanələrlə müxalifət lideri, AXCP sədri Əli Kərimliyə pasport verilmir, bu da onun xarici səfərlərini əngəlləmək məqsədi daşıyır. Müxalif jurnalistlər həbsə atılır, siyasi partiyaların və demokratik təşkilatların mitinqlərinə icazə verilmir.
Türkiyə Azərbaycanla bağlı pis təcrübəyə son qoymalıdır
Totalitar sistemin bu etdikləri azmış kimi, Türkiyədən bu ölkəyə seçki müşahidəçisi kimi gedənlərin hərəkətləri, rəyləri də Azərbaycandakı bu saxtakarlıqların üstünə duz-bibər yaxmağa bənzəyir. Bu “müşahidəçilər” saxtakarlıqları, təzyiqləri, anti-demokratik addımları görməzdən gəlməkdədirlər.ÿƏksinə, seçkilərin demokratik keçdiyini açıqlayırlar.ÿBuna son qoyulmalıdır. Azərbaycandakı həqiqətlər həm Türk dünyasına, həm də dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır. Türkiyədəki siyasi partiyalar Azərbaycandakı siyasi partiyalarla sıx əməkdaşlıq etməlidir. Türkiyənin idarəçiləri Azərbaycana səfərlərində siyasi partiya liderlərilə də görüşməlidir. Azərbaycanı idarə edənlərə anti-demokratik idarəçilikləri haqda fikirlərini çatdırmalı, lazım olsa, təzyiq etməlidirlər. Türkiyə mediasında Azərbaycanda demokratiya mübarizəsi aparan siyasi partiyalar, QHT-lərlə bağlı xəbərlərə davamlı yer verməlidir.
Demokratiya tiranların deyil, xalqın seçdiyi kadrların rəhbərliyilə reallaşar.ÿBölgədəki problemlərin həll edilməsi, Qafqaza dinclik, barış və rifah gətirər. Bu da insan kimi bir həyat sürən fərd və cəmiyyət deməkdir.
1990-cı illərə gələrkən Ermənistanın əhalisi 3,5 milyon idi.ÿBu gün isə 1 milyon 300 min civarındadır. Iqtisadi çətinliklərdən, totalitarizmdən böhrana düşən ermənilər ölkələrini tərk edərək, dünyaya dağıldılar.
Heydər Əliyev Tofiq Qasımovu Türkiyədə işdən çıxartdırdı
1993-cü ildən bu yana Azərbaycanın 3 milyondan çox vətəndaşı ölkəni tərk edib. Ölkələrində demokratik, müasir bir həyat tərzi istəyənlər təzyiqlərə məruz qalır, onlara bu ölkədə həyat haqqı tanınmır.ÿÖlkə xaricində təhsilini tamamlayan gənclər ya ölkəyə buraxılmır, ya da onlara iş verilmir. Elm adamları və ziyalılar da eyni taleyi paylaşır.ÿBu mövzuda bir nümunə vermək istəyirəm. Azərbaycanın yetişdirdiyi dünya səviyyəli bir fizika alimi vardı.ÿDünya elmində adından hörmətlə bəhs edilən bu fizika professoru, Tofiq Qasımovdur. Elçibəy dövründə Azərbaycanın xarici işlər naziri olmuşdu. Heydər Əliyev professor Tofiq Qasımovu 1995-ci ildə bir müddət həbsxanada saxlatdırdı. Həbsxanadan çıxar-çıxmaz, o, özü kimi bir fizika professoru olan rəhmətlik Ərdal Inönünün köməyilə elm həyatını Türkiyədə davam etdirdi.ÿOrta Şərq Texniki Universitetində müəllimlik edən Qasımovun vəziyyətindən xəbər tutan Heydər Əliyev Türkiyədəki üst səviyyə dostları vasitəsilə Tofiq bəyi işdən çıxartdırdı. Tofiq bəy Azərbaycana dönmək istədi, ölkəyə buraxmadı. Dünyanın hörmətlə xatırladığı o yaşlı elm adamının Ankaradakı işsiz, pulsuz günlərini uzun zaman iş axtarmaqla keçirdiyinə, içim yanaraq şahid olmuşdum. Tofiq Qasımovun Qərb ölkələrindəki elm adamı olan dostları dövrəyə girdi və o, Isveçə getdi.
Azərbaycanın ən böyük nəşrlərindən olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid uydurma, gülünc bir ittihamla həbsxanaya atıldı.ÿHəbsdən yeni çıxan Qənimət Zahidin həyat yoldaşı və dörd uşağı hakimiyyət adamları tərəfindən davamlı təhdid edilməyə başladı. Bu vətənpərvər insanlar çirkin təhdidlər nəticəsində vətənlərini tərk etmək məcburiyyətində qaldılar.ÿBu ailə indi bir Qərb ölkəsinə sığınıb və acı bir qürbət həyatı yaşayır.
Türk dünyası və Qafqazla əlaqələr təkcə ticarət, pul qazanmaq, qaz, neft boru xətti əlaqələrinə əsaslanmamalıdır. Əlaqələrin hər şeydən əvvəl demokratik qaydalar çərçivəsində, qardaşlıq, yaxşı qonşuluq və dostluq əsasında davam etdirilməsi vacibdir. Milli, mənəvi və humanitar sahələrdə birlik və bərabərlik prinsiplərinə əsaslanmalıdır.ÿBu anlayış əsas götürüldüyü zaman, Cənubi Qafqaz ölkələri Rusiyanın təzyiqindən xilas ola, azad dünyada yerlərini tuta bilərlər.
Əzilən cəmiyyətlərin heç kimə faydası yoxdur
Azərbaycanda təxminən 45 ildir ki, eyni idarəçilər iş başındadır. Azərbaycanda 1988-ci ildə başladılan Milli Azadlıq Hərəkatının qabaqcıllarının 99 faizi 30 yaşını keçməmişdi.ÿO adamlar indi Azərbaycanda demokratiya mübarizəsi aparır. Bunun qarşılığında hazırda Azərbaycanda iqtidara hakim olanlar isə 70 yaşın üzərindəki köhnə kommunistlərdir.
Türkiyə vaxt itirmədən Qafqaz ölkələrinin demokratiyaya keçidi üçün bütün imkanlarını səfərbər etməlidir.ÿBunu milli siyasət olaraq qəbul etməli və əməl olunmalıdır. Əzilən, xor görülən, insan yerinə qoyulmayan fərdlərin və cəmiyyətlərin heç kimə faydası yoxdur.