ABŞ-ın Pensilvaniya ştatında yaşayan ruhani və Türkiyədə terror təşkilatın (FETÖ ) lideri adlandırılan Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid Gülən tutulub. O, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb. Onun Ankaraya aparılması planlaşdırılır.
Sid Gülən terror təşkilatı üzvü olmaqda, 2010-cu ildə dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda qanunsuzluq etməkdə təqsirləndirilir.