Kanadada Əliyevlərin abidələrinə qarşı vətəndaş təşəbbüslərinə start verildi
IP (Ictimai Palata) Kanada Təmsilçiliyi Kanadanın Niagara on the Lake şəhərindəki Həydər Əliyev və Mehriban Əliyevanın büstlərinin götürülməsi və Azərbaycan iqtidarına geri qaytarılması üçün kampaniya başladıb.
IP Kanada Təmsilçiliyinin əlaqələndiricisi Həsən Səftərov bu məqsədlə şəhərin meriyasına və məsul təşkilatlarına müraciət qəbul etdiklərini “Azadlıq”a deyib. Səftərli müraciətlərində “Bu gün bütün dünya diktatorlara qarşı mübarizə aparır. Belə bir vaxtda dünyanın ən demokratik ölkələrindən olan Kanadada Əliyev kimi bir diktatorun büstünün qoyulması Kanadanın imicinə böyük zərbədir. Səddam, Mübarək, Bin Əli, Qəzzafi, Əsəd kimdirsə, Əliyev də onlardan fərqli deyil. Ona görə də biz IP Kanada Təmsilçiliyinin çoxlu sayda üzvləri və Kanadada yaşayan yüzlərlə azərbaycanlı adından diktator Heydər Əliyev və onun gəlini Mehriban Əliyevanın büstlərinin götürülməsi və Azərbaycan iqtidarına geri qaytarılması üçün çalışmalarımızı davam etdirəcəyik. Bundan əlavə, bu büstlərin hansı vəsaitlər və hansı yolla qoyulduğu məsələsi ilə bağlı da lazımi təşkilatlara suallar ünvanlayacağıq”.