Niderland parlamenti sağçı Azadlıq partiyasının lideri Gert Vildersin Avropa Birliyindən çıxmaq məqsədi ilə referendum keçirilməsi təklifini qəbul etməyib. 75 deputatdan yalnız 14-ü onun təklifinə dəstək verib.
Vilders hakimiyyətə mümkün qədər tez “Nexit” keçirməyi təklif edib. Lakin ölkənin qanunlarına görə, AB-ə üzvlüklə bağlı referendum mümkün deyil.
Britaniyada son referendumdan sonra Avropanın bir neçə ölkəsində, o cümlədən Niderland, Fransa və Finlyandiya da oxşar təkliflər səslənir.
azadlıq.info