Kreml sanksiyaların uzadılmasına «embarqo» ilə cavab verdi
Yaponiyada “Böyük yeddilik” ölkələri liderlərinin növbəti görüşü olub. Dünya iqtisadiyyatının problemləri və qlobal böhranın təkrarlanmasından yayınmağa yönəlik müzakirələrdə Britaniyanın Avropa Birliyindən çıxma perspektivlərinə də toxunulub.
Əsas müzakirə mövzularından biri də terrorla mübarizə, həmçinin Suriya və Ukrayna böhranının həlli məsələsi olub.
G7 liderləri Suriya münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırıb. Donbasdakı böhranın diplomatik yolla həlli təklif olunub, həmçinin separatçıların nəzarət etdiyi rayonlarda seçkilərin tez bir zamanda keçirilməsinin vacibliyi qeyd edilib.
Birgə bəyanat
“Böyük yeddilik” Krımın ilhaqına görə Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə saxlanılmasına qərar verib. Liderlər bu qərarla bağlı birgə bəyanat da qəbul ediblər: “Minsk sazişi tam icra olanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və lazım gəldikdə daha da sərtləşdiriləcək.ÿ Biz təsdiqləyirik ki, Rusiyaya qarşı sanksiyaların uzadılması Moskvanın Minsk sazişinin tam icrasına və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair hərəkətləri ilə bağlıdır. Rusiya üzərinə götürdüyü öhdəlikləri tam icra etdikdən sonra sanksiyalar ləğv oluna bilər. Rusiyanın hərəkətləri buna vadar edərsə, biz əlavə sanksiyalar tətbiq edəcəyik”.
“Ukrayna Rusiyanın təcavüzünün qurbanıdır”
Baş nazirÿQərbin sanksiyalarına cavab olaraq 2017-ci ilin sonuna qədər cavab tədbirlərinin artırılmasına dair tapşırıqlar verib: “Mən 2017-ci ilin sonuna qədər cavab tədbirlərininÿartırılmasına dair təkliflər hazırlamağıÿtapşırdım. Bu barədə prezidentə rəsmi şəkildə müraciət ediləcək və hökumətin qərarı ilə rəsmiləşdiriləcək”.
Ərzaq “embarqosu”
Söhbət, Rusiyanın məlum sanksiyaları dəstəkləyən Qərb ölkələrinə qoyduğu ərzaq “embarqosundan” gedir. Medvedev bildirib ki, yerli istehsalçılar da dəfələrlə Rusiyaya sanksiya tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsulları almamaq barədə müraciət ediblər.
Rusiyanın Krımı ilhaqından sonra Kreml Qərbin sanksiyaları iləÿüzləşməyə başladı və buna cavab olaraq 2014-cü ilin avqustunda həmin ölkələrdən ərzaq və kənd təsərrüfatı mallarının alınması dayandırıldı. Ötən ilÿRusiya hökuməti bu “embarqonun” müddətini 2016-cı il avqustun 5-dək uzatdı. Bundan sonra Rusiyada inflyasiya 11.4 faizə yükəsəldi ki, bu da 2008-ci ildən bu yana ən yüksək göstərici hesab olunur.ÿEyni zamanda qiymətlərdə də 12,9 faizlik artım oldu.
Bu ilin fevralında Medvedev bəyan etdi ki, sanksiyalar heç bir nəticə vermir və Qərb ölkələri cəsarətlərini toplayıb onların ləğvi tarixini elan etməlidilər.
Baş nazir qeyd etmişdi ki, sanksiyaları ilk tətbiq edən Rusiya olmayıb, ona görə də onları ilk ləğv etməli deyillər.
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti 31 iyulda başa çatır.