Yenə yaranan ASC-nin maliyyə mənbəyi necə olacaq?
Samir Əliyev: «Azərbaycanda hökumətin ipoteka proqramı insanların gözləntilərini doğrultmadı»
Maliyyə böhranının təsiri nəticəsində ipoteka kreditləşməsi 33 dəfə azalıb. Digər tərəfdən ipoteka kreditinin qaytarılması ilə də bağlı ciddi problemlər yaşanır. 2015-ci ildə Ali Məhkəmədə problemli ipoteka krediti ilə bağlı 58 işə baxılıb.
Belə ki, əgər 2014-cü ildə problemi ipoteka krediti ilə bağlı 147 işə ( məhkəmədə baxılmış işlərin 2,2 faizini təşkil edir) baxılmışdısa, 2015-ci ildə isə bu qəbildən olan cəmi 58 işə (məhkəmədə baxılan işlərin 0,8 faizini təşkil edir) baxılıb.
Dövlət başçısının son sərəncamı ilə Ipoteka Fondu Mərkəzi Bankdan ayrılıb. Amma bu problemi həll etmir. Çünki ölkədə devalvasiya riskinin hələ də böyük olması müvəkkil bankların ipoteka kreditinə vəsait ayırmasını çətinləşdirir.
Çünki banklar 3 faizlik gəlir üçün öz vəsaitlərini riskə atmağa meyil etmir.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Ipoteka Fondu səhmdar cəmiyyətə çevrildi və ipotekanın verilməsi qaydaları təsdiq olundu. Ipoteka Fondu ilə bağlı gözləntilərin çox olduğunu deyən S.Əliyev bildirdi ki, gözləntilər ilkin ödənişin tam aradan qalxması ilə bağlı idi: “Amma bu baş vermədi. Faiz dərəcəsi yenə fondun öhdəliyinə buraxıldı. Əgər 4 güzəştli, 8 adi ipoteka idisə, yanvarın 1-dən sonra faizlərin müəyyənləşməsi fondun üzərinə buraxıldı. Sadəcə olaraq yalnız ipoteka məbləğinin artırılması üçün bir şans yaranıb. Bütün bu dəyişikliklər onu göstərir ki, Azərbaycanda hökumətin ipoteka proqramı insanların gözləntilərini doğrultmadı. Ipoteka proqramı on ildir tətbiq olunur və indiyə qədər 17-18 min insan bu layihədən yararlanıb. Yəni bir ilə 2 min insan evlə təmin olunur. Amma bizim hesablamalara görə il ərzində 30-40 min mənzilə tələbat yaranır”.
S.Əliyev bildirdi ki, bundan başqa ipoteka kreditlərinin ödənişi üzrə problemlər yaşanır. Amma bu problemin əsas hissəsi dövlət deyil, özəl ipotekanın payına düşür: “Ölkədə maliyyə böhranı yaşanırsa, bu insanların iş yerini itirməsinə gətirib çıxarırsa, ipoteka ödənişləri də bunun nəticəsində azala bilər”.
Xəyal