Rusiya Türkiyə və Ukraynanın Xarici İşlər nazirliklərinin rəhbərlərini Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Soçidə keçiriləcək xarici işlər nazirlərinin müşavirəsinə dəvət edib. Rusiya xarici işlər nazirinin müavini Vasili Nebeznya bəyan edib ki, Soçidə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri ilə ikitərəfli danışıqlar keçiriməsinə hazırdırlar.
“Biz bütün nazirləri, o cümlədən Türkiyə və Ukraynanın xarici işlər nazirlərini də dəvət etmişik, ancaq hələ ki cavab yoxdur. Düşünürəm ki, bu həftə, maksimum gələn həftənin əvvəlində iştirakla bağlı hər şey aydın olacaq”, – o, deyib.
Nebeznya onu da vurğulayıb ki, əgər Türkiyənin xarici işlər naziri toplantıya qatılarsa, onun rusiyalı həmkarı ilə danışıqlar aparması da mümkün olacaq.
Soçidəki müşavirə iyulun 1-də keçiriləcək (Modern.az).