Ağcabədi də yerləşən Laçınlar aksiya keçirib
Bu barədə “Qafqazinfo”ya məlumat daxil olub. Məlumatda deyilir ki, rayonun Qarakeşli, Vağazin, Ağbulaq və digər bir neçə kəndin sakinləri kütləvi şəkildə Qarakeşli yatağı ərazisinə toplaşıblar. Daha sonra 1000-dək laçınlı Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin qarşısına doğru yürüş etməyə çalışıblar. Amma polislər kəndlilərin yürüşünün qarşısını alıb və onları dağıda biliblər. Lakin Taxtakörpüdə hələ də gərginlik hökm sürdüyü bildirilir. Hadisə yerinə Ağcabədi rayonunun icra başçısı da gəlib və o, etirazçılardan dağılmalarını xahiş edib.
Məlumatda bildirilir ki, aksiya iştirakçıları deyiblər ki, sakinlərin belə ciddi etirazının yuxarı dairələrə və mətbuata çatmaması üçün, həm Ağcabədi, həm də Taxtakörpü qəsəbəsində yerləşən poçt məntəqələrinə polis nəzarətini gücləndiriblər: “İcra Hakimiyyəti istəmir ki, burada etdikləri hakim dairələrin və ictimaiyyətin diqqətinə çatsın. Yardım alanlar ancaq yaxın ətrafıdır. Hər ay İcra Hakimiyyətinin fondundan 30-40 adama yardım edilir”.
Hadisə yerinə keçmiş polis rəisinin müavini, hazırda 121 saylı Dairə Seçki Komissiyasının sədri olan Şahin Paşayev də gəlib şikayətçilərlə danışıqlar aparıb və başa çatıb.
Ramiz Cəbrayılov isə “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib: “Ümumiyyətlə neçə müddətdir ki, məcburi köçkünlər üçün yardım dayandırılıb. Digər tərəfdən isə heç bir aksiya olmayıb. Bu məlumatı kimlər yayıbsa, başqa niyyətləri var”.