Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib. Partlayış nəticəsində 4 nəfər yaralanıb. Məlumata görə, yaralıların həyatlarına təhlükə yoxdur.
İnsident nəticəsində bir neçə binaya zərər dəyib. İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.