Roma tarixində ilk dəfə qadın namizəd şəhər meri seçilib. Mer postu uğrunda mübarizədə qadın namizəd seçkilərin ikinci turunda 67% səslə qalib gəlib. Bu, müxalifətdəki “5 ulduz” hərəkatının nümayəndəsi Virciniya Raccidir.
Elə həmin hərəkatın digər qadın nümayəndəsi Kiyara Appendino da Turin şəhərinin meri olmaq uğrunda səsvermənin nəticələrində qalib gələrək liderlik edir.
Seçkinin nəticələri hakim Demokrat partiyası üçün məğlubiyyət sayıla bilər. Belə ki, baş nazir Matteo Renzinin rəhbərlik etdiyi Demokrat partiyası, demək olar ki, bütün iri şəhərləri müxalifətə uduzub.
Demokrat partiyası iri şəhərlərdən yalnız Boloniya və Milanda öz mövqeyini qoruyub saxlamaqla təsəlli tapa bilib. Demokratların namizədi Vircinio Merola, ən yaxın rəqibi, “Şimal liqası”ndan Luçio Borqondzonini 10 faiz qabaqlayır.
***
Roma bələdiyyə seçkilərinin ikinci tur səsvermələrində ilk qadın mer seçilə bilər.
Müxalif Beş Ulduz Hərəkatından olan Virciniya Racci solçu Demokrat Partiyasından (DP) Roberto Giachetti-yə rəqib kimi görünür.
Onun qələbəsi İtaliyanın baş naziri Matteo Renziyə də zərbə olar.
Çünki, onun DP partiyası İtaliyanın maliyyə kapitalı Milanda gücünü itirə və Turin və Bolonya şəhərində isə ciddi qarşılaşma ilə üzləşə bilər.
37 yaşlı xanım Virciniya Racci vəkildir.
O, iki həftə əvvəl ilk turda səslərin 35 faizini qazanıb, cənab Giachetti isə cəmi 24 faiz səsə yiyələnə bilib.
Müxbirlər deyirlər ki, Romada qələbə, qloballaşmaya qarşı olan Beş Ulduz Hərəkatına 2018-ci ildə parlament seçkiləri üçün platforma verə bilər.