Çərşənbə axşamı Keniyada bütün ölkə boyu baş vermiş elektrik enerjisi kəsintisinin səbəbkarı ehtiyatsız meymun olub. Hidroelektrik stansiyaya soxulan meymun transformatorun üzərinə yıxılıb.
Elektrik stansiyasını işlədən operator şirkətinin bildirdiyinə görə, meymunun transformatorun üstünə düşməsi nəticəsində bu qurğunun iş ahəngi pozulub – transformator sönüb, transformatorun elektrik gücü 180 meqavatt azalıb, bu isə silsilə reaksiya doğurub, nəticədə enerji kəsintisi bütün ölkəni bürüyüb.
Elektrik enerjisinin yenidən bərpası üçün bir neçə saat vaxt tələb olunub.
Meymuna gəldikdə isə, heyvan transformatorun üstünə yıxılsa da, ciddi zədələr almayıb.
Onu canlı təbiəti mühafizə qrupunun fəlları götürüblər.
Keniyada elektrik enerjisi kəsintiləri tez-tez baş verir.
Yerli sahibkarlar elektrik enerjisi kəsintiləri zamanı işin dayanmaması üçün elektrik generatorlar almağa çalışırlar. (BBC azeri)