5 il şərti cəza ilə həbsdən buraxılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ölkədən çıxışına icazə verilib. Bu barədə Sumqayıt Məhkəməsi qərar qəbul edib. Məlumatı İ.Əliyevin oğlu Nəcmin Əliyev feysbuq səhifəsində yayıb. Hüquq müdafiəçisi Avropa Şurasının 6-7 iyunda təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Strasburqa yola düşüb.