Azərbaycanda insan hüquq və azadlıqları sahəsində mövcud olan problemləri müzakirə etmək üçün Hüquqlar naminə İdman koalisiyası, Article 19, Mətbuata Beynəlxalq Dəstək və Reportyarların Azadlığı və Təhlükəziliyi İnstitutu 2016-cı ilin iyun ayının 7-də Londonda tədbir keçirəcək. Tədbirin təşkilatçıları keçiriləcək tədbirlə bağlı yaydığı məlumatda tədbirin keçirilməsini zəruri edən şərtləri açıqlayıblar.
İyun ayının 17-19-da Azərbaycanın paytaxtı Bakı şəhərində Formula-1 yarışları keçiriləcək. Bu hadisə Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyətə diqqəti cəlb etmək üçün yaxşı imkandır. Bu, artıq neçənci belə tədbirdir ki, Azərbaycan hakimiyyəti özünü demokratik rejim kimi təqdim etməyə, ölkəni investisiyalar üçün cəlbedici məkan kimi təqdim etməyə çalışır. Bəzi Avropalı siyasətçilərlə yaxşı münasibət qurmuş Azərbaycan avtoritar hakimiyyəti belə tədbirlərlə ölkədəki repressiyalardan diqqəti yayındırmağa hesablanır.