Mayın 20-də Rusiyanın müdafiə naziri Sergei Shoigu təklif edib ki, Birləşmiş Ştatlar və Rusiya Suriyanın şimal-qərbində «əl-Nusra» Cəbhəsinə qarşı hava zərbələrini koordinasiya etsin. Shoigu bu təklifin Dəməşqdə Assad rejimi ilə koordinasiya olunduğunu söyləyib. «Newsweek» dərgisində Frederic C.Hof yazır ki, bu təşəbbüs Rusiyanın Vaşinqtonla hərbi tərəfdaşlıq qurmağı hədəfləyən bir zərbəsidir və bunu rədd eləmək lazımdır.
İŞİD və «əl-Nusra» Cəbhəsi Suriyada atəşkəsə əməl etmir və sülh cəhdlərinə ciddi maneə sayılırlar. Assad rejimi və Rusiya «əl-Nusra» Cəbhəsinə «terrorçu» deyir və ABŞ hava qüvvələrini bu qruplaşmaya qarşı zərbələrə cəlb etmək Moskvadan ötrü əhəmiyyət daşıyır.
«Rusiyanın hədəfi terrorçuluğa qarşı mübarizədə Vaşinqtonun Assad-la əlaqəsini qurmaqdır. Moskva bu ölkəni nəinki terrorçuluqdan xilas etməyi, həmçinin ABŞ-ın rejim dəyişikliyi gündəmindən çıxarmaq istəyir».
Müəllifin fikrincə, Rusiyanın birgə əməliyyatlar təklifinin qəbulu Amerikanın nəinki Suriyada, eləcə də regionda, Avropada və beynəlxalq miqyasda etibarlılığına zərbə vurar və bu təklif qətiyyətlə rədd olunmalıdır. (azadliq.org)