İraqın Baakubə şəhərində Çempionlar Liqasının finalına baxan Madridin “Real” klubunun azarkeşlərinə terror hücumu olub, azı 12 nəfər ölüb. İraq hökuməti hadisənin İŞİD terrorçuları tərəfindən törədildiyini bəyan edib. Terrorçular oyunun izləndiyi məkana girib və pərakəndə şəkildə atəş açmağa başlayıb.
Xatırladaq ki, bir müddət əvvəl İŞİD İraqın Samirə şəhərində “Real” azarkeşlərinə hücum etmişdi. Nəticədə 16 nəfər ölmüşdü.