Türkiyənin Azərbaycandakı yeni səfirinin tərcümeyi-halı
Xəbər verdiyimiz kimi, İsmayıl Alpər Coşqun Türkiyənin Azərbaycanda səfiri təyin edilib.
“Media forum” saytı “Trtazerbaycan.com” saytına istinadla bildirir ki, İsmayıl Alpər Coşqun Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətinə dənizçilik problemləri üzrə məmur kimi başlayıb. Daha sonra dənizçilik və aviasiya attaşesi və üçüncü katib olub.
Türkiyənin Moskvadakı səfirliyində ikinci katib, Yunanıstandakı səfirliyində baş katib işləyib.
Xarici İşlər Nazirliyi aparatı rəhbərliyində xüsusi müşavirliyin baş katibi və xarici işlər nazirinin xüsusi müşaviri olub.
Türkiyənin Romadakı səfirliyində baş katib, Türkiyənin BMT-dəki daimi nümayəndəliyində aparat rəhbəri vəzifələrində çalışıb.
Xarici İşlər Nazirliyində NATO və Avratlantik Təhlükəsizlik İdarəsinin rəhbəri, Türkiyənin NATO-dakı daimi nümayəndəliyində nümayəndəlik rəhbərinin müavini olub.
Azərbaycanda səfir təyin edilənədək İsmayıl Alpər Coşqun Türkiyə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və Kəşfiyyat İdarəsi rəhbərinin müavini işləyib.
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub. “Media forum” saytı xəbər verir ki, yeni səfir İsmayıl Alpər Coşqundur.
İsmayıl Alpər Coşqun bu vəzifədə Hulusi Kılıçı əvəz edəcək. Hulusi Kılıç 2008-ci ildən Azərbaycanda səfirdir.