Yüzə yaxın naməlum şəxs İnquşetiyanın paytaxtı Nazran şəhərinin kliniki xəstəxanasının meyitxanasına hücum edərək, oradan dünən öldürülmüş terrorçunun cəsədini oğurlayıblar.
Naməlum şəxslər meyitxananın mühafizə xidmətinin əməkdaşları ilə əlbəyaxa döyüşə daxil olublar və sayca çox üstün olduqlarından, polis əməkdaşlarını tərk silah edərək meyiti götürərək, ərazidən uzaqlaşıblar.
Dünən İnquşetiyada həyata keçirilmiş antiterror əməliyyatının gedişində beş terrorçu öldürülmüş, daha üç nəfər saxlanılmışdı. (Virtualaz.org)