Həbətullah Axundzadə Taliban qruplaşmasının yeni lideri seçilib. Səracəddin Həqqani ilə təşkilatın qurucusu Molla Ömərin oğlu Mevləvi Məhəmməd Yaqubun onun köməkçiləri olduğunu bildirilir.
Bu barədə Talibanın sözçüsü Zabiullah Mücahid məlumat verib. O, qruplaşma lideri Molla Mənsurun ABŞ dron zərbəsində öldüyünü təsdiqləyib.
Molla Mənsur mayın 21-də Əfqanıstanla Pakistan sərhədində öldürülüb. Pakistan Xarici İşlər Nazirliyi ölkənin suverenliyinin pozulduğunu, hücum barədə məlumatlandırılmadığını bildirib.
Daha öncə Prezident Barak Obama deyib ki, Mansurun ölümü Əfqanıstana sülh gətirilməsi yolunda “vacib addım”dır.