Dünyanın ikinci ən böyük valyuta treyderi Döyçe Bank (Deutsche Bank), dollarda sıçrayışın (dolların bahalaşmasının) hələ başlanğıc mərhələsində olduğunu qeyd edib.
“Marja” xəbər verir ki, Deutsche Bank-ın analitiklərinin hazırladıqları hesabatda, dollarda bu ilin əvvəlində görülən ucuzlaşmanın yəqin ki, başa çatdığını qeyd ediblər. Döyçe Bankın London ofisindən valyuta mütəxəssisi Corc Saravelos, dollarda spekulyativ satışlardan sonra, Bankın dollarda, Çin, Meksika və Cənubi Koreya kimi inkişaf edən ölkə pul vahidləri qarşısında alış tərəfdarı olduğunu bildirib.
Keçən həftə ABŞ Mərkəzi Bankı Fed, İyun ayında faiz artırımına getməsinə işarə etməsilə dolları dəstəklədi. Bunun nəticəsində ABŞ valyutası yeddi həftənin zirvəsinə çıxdı.
Döyçe Bankın Nyu-York ofisindən strateq Sebastien Galy, “Dolların hələ də yüksəlməsi üçün potensial var” deyib.
ABŞ valyutasının 10 mühüm pul vahidi qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi ötən həftə 0.8 faiz yüksəlib. Dollar avro qarşısında 0.8% yüksələrək 1.1224 və Yen qarşısında 1.4 faiz möhkəmlənərək 110.15 səviyyəsinə çıxıb.