Kapitallaşma səviyyəsini artırmaq üçün çökmüş banka hansı investor pul qoymaq istəyər?!
“Fitch” beynəlxalq reytinq agentliyinin “Dollarisation in CIS/Georgian Banking Sectors” adlı hesabatında yüksək dollarlaşmadan əziyyət çəkən Azərbaycanın bank sektorunun milli valyutanın devalvasiyasından ciddi zərər gördüyü bildirilib.
Hesabatda deyilir ki, analoji hal yalnız Azərbaycanda deyil, eyni zamanda MDB ÿvə Gürcüstanda müşahidə olunur: “Lakin daha çox zərərlə Azərbaycan və Ukraynanın bank sektoru üzləşib. Çünki bu ölkələrin bankları lazımi normativ dəstəyi ala bilmədi. Qazaxıstan, Rusiya, Gürcüstan və Belarusun bank sektoru dövlətdən daha çox dəstək gördü”.
Hesabat müəllifləriÿ hesab edir ki, Azərbaycanın bank sektoru kapitallaşma problemi ilə üzləşib. Buna səbəb neftin ucuzlaşması səbəbindən iqtisadi artım tempinin azalmasıdır.
Qeyd edək ki, Mərkəzi Bank problemli kreditlərin ümumi kreditlərin 6 faizi qədər olduğunu bu gün etiraf edir. Bankın problemli kreditlərin həcmiylə bağlı 1,3 milyardlıq vəsaitin olduğunu açıq etiraf etdiyini deyən iqtisadçı-ekspert Nemət Əliyev, həmçinin, Dünya Bankının ümumi kreditlərin 20 faizinin problemli olduğunu açıqladığını söyləyir:
“Bu isə təxminən 6-7 milyard vəsait edir. Banklar üçün bu vəsait çox böyük problemdir. Ölkə banklarının nizamnamə kapitalı 4,5- 5 milyard arasında dəyişirsə, yerdə qalan cəlb olunmuş, yəni depozitlər şəklində olan vəsaitlərdir. Bankların xüsusi kapitalından daha çox həcmdə olan maliyyə vəsaitləri problemli şəkildədir və geri qayıtmır. Hökumət milli valyutanın başına elə oyun gətirdi ki, bu məsələ xarici investorların diqqətini dərhal cəlb edərək milli valyutaya olan inamı öldürdü. Onlar bankların üstünə düşüb burda yatırım etdikləri vəsaitin qaytarılmasını tələb etdilər. Indiki övrdə banklar çökmüş vəziyyətdədir. Banklar müştərilərə yüngülvari xidmət göstərir. Onların əsas məşğuliyyəti olan kreditləşmə sistemi demək olar ki, dayanıb. Kapitallaşma səviyyəsini artırmaq üçün çökmüş banka hansı investor pul qoymaq istəyər? Yaxud, milli valyutaya, bank sisteminə inamı ölən yerli vətəndaşlardan kimlər pul yatırar? Ölkədə investisiya mühiti yoxdursa, sahibkarlıq fəaliyyətiylə məşğul olmaq təhlükəlidirsə, hansı insan belə şəraitdə banklara vəsait yatırıb kapitallaşma səviyyəsini artırar? Yanlış bank, pul-kredit, sosial-iqtisadi, kreditlərə görə faiz və ümumilikdə qeyri-neft sektoruna münasibətdə həyata keçirilən yanlış siyasət belə bir vəziyyət yaradıb”.
Nigar