Qazax rayon sakini minaya düşüb. Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.
38 yaşlı kənd sakini Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb.
Müxtəlif bədən xəsarəti alan V.Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.