İran bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə zəvvar göndərməyəcək, İran rəsmisi cümə axşamı günü bəyan edib.
Bu, ötən il 2426 adamın ölümü ilə nəticələnən faciəli hadisədən sonra iki ölkə arasında münasibətlərin gərginləşməsini göstərən daha bir bəyanatdır.
İran deyir ki, sentyabr ayında Həcc ziyarəti zamanı müqəddəs Mina şəhərində baş vermiş çaxnaşma zamanı zəvvarların ölümünə Səudiyyəni “qabiliyyətsizliyi” səbəb olub.
İran bildirir ki, sentyabr ayında vətəndaşlarının Həcc ziyarətinə yollanması ilə bağlı Səudiyyə Ərəbistanı ilə razılığa gələ bilməyib.
Tehran Səudiyyəni danışıqlarda “destruktiv” mövqe tutmaqda təqsirləndirir.
Ötən il Həcc ziyarəti vaxtı izdiham arasında çaxnaşma və sıxlıq nəticəsində 460-dan artıq iranlı zəvvarın ölümü, regionda rəqib olan İranla Səudiyyə arasında əlaqələrin korlanmasına səbəb oldu.
Bunun ardınca Səudiyyə Ərəbistanında şiə lideri Nimr əl-Nimrin edam edilməsi, münasibətləri daha da gərginləşdirərək diplomatik əlaqələrin kəsilməsilə nəticələndi.
Ötən ilin sentyabr ayında Məkkə yaxınlığında keçirilən dini mərasim vaxtı yaranmış basabas yüzlərlə adamın ölümünə bais olmuşdu.
Həmçinin oxu: İran-Səudiyyə: “Onilliklərin ən qorxulu böhranı”
İran Həcc ziyarətini daha əvvəl də boykot edib. 1987-ci ildə iranlı zəvvarlarla Səudiyyə polisi arasında toqquşmada İran yüzlərlə zəvvarının öldüyünü bildirmişdi.
(bbc azəri)