Rusiya prezidenti Vladimir Putin hokkey oyunu zamanı buzun üstündə yıxılıb. Bu barədə The Daily Mail nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, Putin nüfuzunu artırmaq üçün bütün vasitələrə əl atır. Bunun üçün o çılpaq gəzməkdən və ağ ayı ilə qucaqlaşmaqdan da çəkinmir. Bu dəfə isə o əfsanəvi idmançılarla hokkey oynayıb.
Ancaq sonuncu hərəkəti gözlənilməz nəticələnib. Putin buzun üstündə sürüşərək yere yıxılıb.
azadlıq.info