Əfqanıstanda terrorçu-kamikadze tərəfindən idarə olunan avtomobil partladılıb, nəticədə 10 nəfər ölüb, 23 nəfər yaralanıb. Partlayış Nazyan əyalətində iqtidar yönümlü lider Malik Dekhanın evi qarşısında törədilib. Ölənlər arasında iki uşağın olduğu bildirilir.
Məlumata görə, həmçinin yerli könüllülərdən ibarət dəstənin başçısı olan Malik Dekhanın özü partlayış nəticəsində yaralanıb.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. (APA)