Bu gün “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 49 yaşı tamam olur. Bir müddət əvvəl Fransaya ailəsinin yanına yollanan Q.Zahid doğum gününü qürbət ölkədə qeyd edəcək. Amma Qənimət bəy ad günündə Fransada yox, Türkiyədə olacaq.
Işlərilə əlaqədar Istanbulda olan baş redaktor yeni yaşını qardaş ölkədə dostlarının əhatəsində qarşılayacaq: “Türkiyədə bir-iki vacib işim var, onları həll etməyə gəlmişəm. Açığı, 49 yuvarlaq bir rəqəm olmadığına görə xüsusi bir qeydetmə planım yoxdur. Doğum günümü burada qarşılayıb dostların təbriklərini qəbul etməklə kifayətlənməliyəm. Amma hər halda, ad günüdür və bu gündə təsadüfən bütün doğmalarla eyni coğrafi məsafədə olmağım əlamətdar bir hadisədir. Axı Istanbul dünyanın mərkəzi sayılır”.
Q.Zahid Türkiyəyə tək gəldiyini, həyat yoldaşı və uşaqlarının Fransada qaldığını deyir: “Hara getsəm, onları qəlbimdə aparmalı oluram. Çünki bilet bahadır”.
Gültəkin