Türkiyədə islamçıların gücünün artığını nümayış etdirmək üçün bu yaxınlarda 100 mindən çox insan Məhəmməd peyğəmbərin Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi böyük şəhərlərindən biri Diyarbakırda toplaşdı. Bu isə kürdlərin dünyəviçiliyi dəstəkləyən hərəkatı ilə münasibətin gərginləşməsi demək idi.
Ölkənin müxtəlif yerindən gələn insanlar “Allahu Əkbər” və “İslamçı Kürdüstan” şüarları səsləndirirdi. Çoxları Diyarbakırı İslamın paytaxtı edəcəklərinə söz verdi.
Yürüşdə iştirak edənlər arasında kürd islamçıları ilə yanaşı Yaxın Şərqdən gələnlər də var idi. Çıxışlar zamanı regionun dini keçmişinə qaytarılacağına söz verilirdi.
Diyarbəkir vilayətinin bir zamanlar dünyəvi PKK-nın nəzarətində olan bir sıra rayonları dindarların üzünə açılıb. İslamçılar mesajlarının regiondakı zorakılıqlara son qoyacağına inanır. Lakin İslamçı qrupların artması bəzi kürdlərin narahatlığına səbəb olub. Milliyyətçi hərəkatlar qadın bərabərliyini ən böyük nailiyyət kimi qiymətləndirir.
Hökumət və bəzi islamçıların kürd tərəfdarı “Xalq Demokratik Partiyası”nın dinə qarşı olduğunu desə də, partiya bunu qəti şəkildə inkar edir.
Dünyəvi və dindar kürdlər arasındakı gərginliyin artdığı bir vaxt, cəmi bir neçə saatlıq məsafədə Suriya böhranı və İslam Dövlətinə qarşı mübarizə davam edir. Hər iki tərəfdə türkiyəli kürdlər iştirak edir. Lakin 18 ay əvvəl Diyarbakırda İslamçı kürdlərlə millətçi kürdlər arasındakı qarşıdurma zamasnı 50-yə yaxın insan öldü. Səbəb? Suriya.
Qarşıdurma zamanı həyatlarını itirənlərə görə hiddəti yürüşdə iştirak edən islamçıların üzündə görmək olurdu. Ölənləri heç bir tərəf unutmayacaq. Bu isə artıq parçalanan cəmiyyətdə qəzəbi və kini daha da artıracaq. (amerikaninsesi.org)