Prostat vəzinin adenoması: bildiklərimiz və bilmədiklərimiz. (videolarla)
Rahat sidiyə getmək –biz kişilərin bu dünyada minnətsiz ala bildiyimiz yeganə ləzzətdir! E. Kant
- Hər şeydən əvvəl hər bir kişinin prostat vəzinin anadangəlmə bir orqan olmasını bilməsi vacibdir. Yəni “prostat” sözü xəstəliyin deyil, cinsiyyət üzvünün adıdır. Digər cinsiyyət üzvlərindən, yəni xayalardan və penisdən fərqli olaraq prostat vəzi xaricdən görünmür – çünki qarın boşlugunda sidik kisəsinin altında yerləşir .
- Prostat vəzi insanın bədənində yeganə orqandır ki, 2 dəfə böyümə dövrü keçirir! 1-ci dövr doğulandan 30 yaşa kimi olan inkişaf dövrüdür. Bu dövrdə insanın əksər orqanlarında yaşdan asılı olaraq böyümə davam edir. 30 yaşdan 40 yaşa kimi bir qayda olaraq kişinin əksər orqanlarında, o cümlədən prostatında ölçülər dəyişməz qalır.
40 yaşdan sonra prostat vəzi ikinci dəfə böyüməyə başlayır ki, buna “prostat vəzinin xoşxassəli böyüməsi” və ya “prostat vəzinin adenoması” deyirlər. Bu böyümə yaşı artmaqda olan kişinin qaçılmaz “qocalıq macərasıdır”. 40 yaşına kimi kişilərdə nadir halda rast gələn adenoma 50 yaşlı kişiləri təxminən yarısinda. 60 yaşlı kişilərin isə 70 % -də rast gəlir.
Bu linkə vurun http://www.youtube.com/watch?v=mJrozM3FWcg
- Adenoma kişinin həyatında nəyi dəyişir?
- a) Böyüyən prostat vəzi sidik kisəsinə təsir edərək, normal sidik ifrazını pozur: gecələr və bəzən də gündüzlər tez-tez sidiyə getmələr, sidiyin zəif gəlməsi, haçalanması, sidikliyin tam boşalmaması kimi narahtlıqlar meydana çıxır ki, bu kişinin həyat ritmini pozur: gecələr rahat yatmayan kişi gündüzlər gümrah görünə bilmir. Eləcə də, gündüz tez-tez sidiyə çıxmaq məcburiyyəti uzaq bir yola çıxmağı əngəlləyir və s.
- b) adenomanın meydana çıxmasi ilə bir çox kişidə cinsi fəaliyyətdə də problemlər yaşanır. Bu zaman meydana çıxan cinsi zəifliyin (erektil disfunksiyanın) müalicəsi də çətin olur: çünki, cinsi fəallıq üçün vacib olan testesteronun artmasına yönələn müalicələr, adenomanın sürətli inkişafına səbəb ola bilər . Diqqət: bütün bunlara rəğmən adenoma sidik kanalını sıxmadan boyüüərsə, olduqca böyük ölçüyə çata bilət ki, cərrahi müdaxilə qaçılmaz olar.
https://www.youtube.com/watch?v=iUQ4NccgRsc
- Bəs hansı kişlərdə heç bir yaşda prostat vezinin adenoması baş vermir?
- a) yumurtalıqları çıxarılmış kişidə.
- b) kişilərə məxsus cinsi hormonları olmayan kişidə.
Lakin, adenomanın gedişi tam şəkildə hələlik elmə məlum deyil.
- Adenomanın diaqnozu necə qoyulur? Bu zaman xəstənin yaşı (50 və daha yuxarı), sidik problemləri (xüsusən gecə sidiyə tez-tez getmə, sidiyə tam gedə bilməmək və s.) nəzərə alınır. Lakin prostat adenomasının diaqnostikasının “ qızıl standartı “ Ultrasəs müayinədir. Bu müayinədə həcmi 26 sm3 və daha artıq olan prostat vəzi adenomalı prostat hesab olunur.
- PSA nədir? Amerika və Avropa ölkələrində 50 yaşlı kişilərin hamısı öz PSA dəyərini əzbər bilir. PSA –Prostatın Spesifik Antigeni deməkdir və olduqca dəyərli bir qan analizidir. Bu analizin sayəsində indiyə kimi yer üzündə milyonlarla insanın həyatı xilas olmuşdur. Üstəlik, daha çox adam isə lazımsız cərrahi əməliyyatdan qurtulmuşdur. Lakin PSA amilini düzgün dəyərləndirmək olduqca mühümdür. PSA göstəricisi normadan yüksək olarsa adenomanın bədxassəli olmaq ehtimalı nəzərə alınmalıdır. Normada 60 yaşlı kişidə PSA təxminən “4” dən yuxarı olmamalıdır. PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir.
8. Prostat vəzinin adenomasının müalicəsi. “Ən yaxşı cərrahi əməliyyat – etmədiyimiz əməliyatdır!” Dünya cərrahlarının korifeylərindən sayılan əfsanəvi cərrah Piraqovun bu hikmətli kəlamı prostat vəzi xəstəlikləri üçün daha da keçərlidir. Halbuki cəmi 25 – 30 il öncə prostat vəzinin adenomasının cərrahi müalicəsi demək olar ki, alternativsiz sayılırdı. Lakin tibb elmi yerində saymır – prostat vəzinin xəstəliklərinin istər cərrahi, istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləşdirilməsi bütün dünyada davam edir. Son 25 ildə prostat vəzinin xoşxassəli böyüməsinin dərmanlarla müalicəsi ilə bağlı əsil inqilab olmuşdur. Bu gün artıq dünyanın hər yerində apteklərdə nəinki prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı simptomları yaxşılaşdıran dərmanlar, hətta prostat vəzinin xoşxassəli böyüməsini dayandıran preparatlar mövcuddur. Bu preparatlardan 4-ü artıq bir neçə ildir ki, bütün dünyada uğurla tətbiq olunur.
Doktor Süleyman Cəbrayılovun digər tibbi məqalələrini internetdə google vasitəsilə və ya həkimin şəxsi internet səhifələrində – bu linklərə vur maqlqla oxuya bilərsiniz :
http://realtibb.com/ və http://saglamprostat.com/
Müəllifin mövzu ilə bağlı digər videoları və məqalələri
https://www.youtube.com/watch?v=mJrozM3FWcg
http://www.youtube.com/watch?v=iUQ4NccgRsc
https://www.youtube.com/watch?v=RC8kOYx4P3w
https://www.youtube.com/watch?v=XLW_HjFYj-g
Kişilərin prostat problemi – Çıxış yolu
Prostat adenomasının ən yaxşı müalicəsi
Kişilərin cinsi zəiflik problemi – Çıxış yolu
Kişilərin sağlamliq meyarı – prostat vəzi haqqında 3 həqiqət
Prostat vəzinin dərmanla, dərmansız və cərrahi müalicəsi
Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) – Çıxış yolu
Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi
Prostat vəzi, adenoma, cinsi zeiflik: müalicə imkanları – yalanlar və həqiqətlər
Erken boşalmanın sebebleri
Prostat vəzi: miflər, həqiqətlər
Enurez (yuxuda sidik qaçırma) – miflər,həqiqətlər
Prostat vəzi: suallar və cavablar
Prostat vəzinin adenoması, iltihabı, daşları və cinsi zəiflik
Cinsi zəiflik və onun müalicəsi haqda bütün həqiqətlər.
Kişilərin prostat və PSA kabusu. Bütün həqiqətlər.
Prostat vezi: PSA mifi və həqiqəti.
Erkən boşalmanın ən yaxşı müalicesi
Prostat haqda hər bir kişi bunları bilməlidir
Cavan kişilərdə cinsi zəiflik problemi – çıxış yolu. (videolarla)
Kişilərin erkən boşalma problemi – çıxış yolu (VİDEOLARLA)
KİŞİLƏRİN PROSTAT VƏ CİNSİ ZƏİFLIK, QADIN VƏ UŞAQLARIN SİDİKQAÇIRMA PROBLEMLƏRİ (VİDEOLARLA)
Kişilərin geriyə boşalma problemi
Erkən boşalma haqda 10 sual və 10 cavab.
“Real” tibb mərkəzinin ünvanı =Bakı, 8 km, B.Nuriyev, 55
(“Laçın” və “Xalqlar dostluğu” yarmarkası və “Siiyaqut” ş/ evinə yaxın)
Telefonlar (050) 501 60 70
(077) 601 60 70
(050) 519 91 84
(055) 519 91 84