Rusiya ilə Ukrayna rəhbərliyi təyyarəçi Nadejda Savçenkonun taleyi ilə bağlı razılıq əldə edib. “RBK”nın məlumatına görə, Savçenko may ayının sonlarında cəzasını çəkmək üçün vətəninə qaytarılacaq. Onun əvəzində Ukraynada 14 il həbs cəzasına məhkum edilmiş rus hərbçiləri Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev Rusiyaya veriləcək.
Ukraynalı təyyarəçi Nadejda Savçenko 2014-cü ilin yayında həbs edilib, bu ilin mart ayında isə 22 il həbs cəzasına məhkum edilib.
Nadejda Savçenko Ukraynanın Milli Qəhrəmanı və Ali Radanın deputatıdır.
azadlıq.info