Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq, 2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll edilməsi istiqamətində Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm.
Bunu Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda siyasi məhbusların azad edilməsindən danışarkən deyib. O, Azərbaycanda olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb.
“Mən çox şadam ki, uzun müddət həbsdə olanların bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığı davam etdirməyə, məhkəmə fəaliyyətinin, o cümlədən sistem çatışmazlıqların aradan qaldırılması üçün yaxşı iradə əlamətidir”, – deyə o bildirib.