“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin kassasiya şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq. Jurnalistin işi üzrə məhkəmə iclası əvvəlcə aprelin 13-nə təyin olunsa da, prosesin vaxtı dəyişilib. Bu barədə Azadlıq Radiosuna jurnalistin vəkili Adil İsmayılov məlumat verib.
Vəkil bildirib ki, iki gün əvvəl Ali Məhkəmədən onunla əlaqə saxlayaraq, prosesin ertələnməsi barədə xəbər veriblər. Məlum olub ki, Seymur Həzinin kassasiya şikayətinə aprelin 15-də hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.
“Seymur Həzi özü də məhkəmədə iştirak etmək istədiyini bildirib və bunun üçün müraciət edib” – A.İsmayılov deyib.