Rusiyalı məşhur hərbi ekspert Pavel Felqenqauer son günlər cənhə bölməsində yaranan gərginliyi şərh edib.
O bildirib ki, müharibənin əsas səbəbi Ermənistan və Azərbycandakı daxili siyasi vəziyyətdir. Prinsipcə, ictimai fikri birliyi kimi daxili məsələlərin həlli üçün iri miqyaslı müharibəyə ehtiyac yoxdur. Ancaq indi, hərbi əməliyyatların güclənməsi və qarşılıqlı zərbələr endirilən zaman dayanmaq çox çətindir:
“İlk baxışdan ermənilərlə azərbaycanlılar arasında bərabərlik müşahidə olunur. Ancaq əslində onlar arasında dəhşətli texnoloji uçurum var.
Bakı müharibəyə daha yüksək texnoloji səviyyədə yaxınlaşıb. Azərbaycan tərəfi ermənənilərin müdafiəsinin dərinliyinə dəqiq zərbələr endirəcək pilotsuz təyyarələr alıb.
Ermənilər isə əsas mövqelərinin zərbə altında olduğunu və eyni cür cavab vermək imkanlarının olmadığını anlayır. İndi tamamilə aydındır ki, Ermənistan ağır məğlubiyyətə uğrayır. Indi formatda toqquşmanın davam etməsi – tükənənə qədər müharibəni davam etmək Ermənistan üçün varian deyil.
Bunda sonra hadisələrin bir neçə inkişaf ssenarisi var. Birincisi: Rusiya və ABŞ-ın təzyiqi ilə regionda az-çox möhkəm barışıq bərqərar olacaq. İkincisi: Ermənistan müharibəni başa çatdırmaq üçün tam hücuma keçməli olacaq (ancaq bunun nə ilə nəticələnəcəyi aydın deyil). Üçüncüsü: Rusiyanın Ermənistanın tərəfindən genişmiqyaslı müdaxiləsi başlayacaq, bu da ordular arasında texnoloji uçurumu tarazlayacaq.
Qeyd etmək lazındır ki, Rusiya üçün Ermənistanln tam məğlubiyyəti indi az qəbul olunandır. Bu hamı tərəfindən Moskvanın Zaqafqazya üzərində strateji nəzarətini itirməsi kimi qiymətləndiriləcək. ancaq hələlik Ermənistanın məğlubiyyəti Moskva üçün ehtimal edilmir – onlarda hələ də azərbaycanlıların döyüşə bilməməsi kimi qeyri-aktual xatirələr var”.
azadlıq.info