Xəzər Hərbi Tədqiqatlar İnstitutu isə sosial şəbəkələr üzərində apardığı araşdırmalara əsasən döyüşlər zamanı Silahlı Qüvvələrimizin 37 hərbçi itirdiyini xəbər verib. Təşkilat həmçinin döyüşlərdə yaralanan 10 hərbi qulluqçumuzun adını açıqlayıb.
- Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
- Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
- Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
- Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
- MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
- Əsgər Samir İzayəddin oğlu Kaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
- Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
- Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
- Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
- MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
- Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
- Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.
- Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
- Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
- Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
- MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
- Əsgər Novruzov Fərahim Adışirin oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
- Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
- Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
- Mayor Rasim Məmmədov (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
- Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
- MAHXQ Əlvan Hüseynov. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
- Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
- Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
- Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
- MAHXQ Hümmətov Orxan, Şəki rayonu Kiş kəndindən.
- Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
- Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.
- MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaşmaz rayonunun Əbilyataq kəndində anadan olub.
- Əsgər Hacıağayev Cabbarxan. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
- Gizir Əsgərli Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi.
- Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən.
- Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
- Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
- Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
- Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
- Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.
Yaralananlar:
5. Üzeyir adlı əsgər. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.
6. Aydın adlı əsgər. Salyan rayonu Qaraqaşlı kəndindən.
7. Əsgər Quliyev Mansur. Seysulan kəndi uğrunda döyüşlərdə güllə yarası alıb. Masallı rayonundan hərbi xidmətə çağırılıb. Memarlıq ve İnşaat universitetinin məzunudur.
8. MAHXQ Qardaşxan Adıgözəlov. Goranboydan hərbi xidmətə çağırılıb.
9. Əsgər Məmmədov Elçin Ataxan oğlu. 19 yaşlı. Tərtər istiqamətində düşmənlə döyüş zamanı sağ qolundan qəlpə yarası alıb.
10. Əsgər Emin Əliyev. Kəşfiyyat zamanı minaya düşərək eşitmə və danışma qabiliyyətini itirib. Hazırda Gəncə Hərbi Hospitalındadır..
Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü.
Mayor Mustafazadə Təbriz (Mi-24 vertolyotunun ekipajı).
Əsgər Rəvan Nurayev
Müddətdən artıq hərbi xidmət qulluqçusu Ruhin Qəhrəmanov, Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.
Əsgər Samir Qaçayev, Şamaxı rayonundan hərbi xidmətə çağırılıb
Əsgər Sərvan Mehrəliyev
Əsgər Əliyev Orxan Məhəmməd oğlu
Mayor Əliyev Elnur Adil oğlu.
MAHXQ Nicat İsgəndərov
Gizir Səlimov Elimdar Səlimxan oğlu
Baş leytenant Namazov Elvin Məmməd oğlu
Əsgər Novruzov Ravil Elman oğlu
Əsgər Muradov Rizvan Telman oğlu
Zabit Həmidov Orxan Ənvər oğlu
MAHXQ Qarayev Dilsuz
Əsgər Novruzov Fərahim Adışirin oğlu
Əsgər Bağırov Sərxan Azər oğlu
Əsgər Mirzəyev Nürəddin Etimad oğlu
Mayor Məmmədov Rasim Əbdül oğlu
Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu.
MAHXQ Əlvan Hüseynov.
Əsgər Bayramov Sərxan Oqtay oğlu
Əsgər Orucov Müşfiq Arif oğlu
Əsgər Dəmirli Hüseyn Zeynal oğlu
Əsgər Hümmətov Orxan
Əsgər Qasımov Teymur Mikayıl oğlu
Əsgər Müstəcəbov Orxan
MAHXQ Qaibov Elvin Sədrəddin oğlu.
Əsgər Hacıağayev Cabbarxan
Gizir Əsgərli Nurlan Bayram oğlu.
Əsgər Süleymanov Vüqar Natiq oğlu.
Əsgər Quliyev Səyyar Knyaz oğlu.
Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu.
Əsgər Məmmədov Murad Vaqif oğlu.
Əsgər Ömər Cəbrayılov.