Hikmət Hacızadə: «Səfər əsasən, son günlər cəbhə ərazisində baş verən hadisələrlə əlaqəli ola bilər»
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yaxın vaxtlarda Bakıya gələcək. Bu barədə haqqin.az-ın Moskva bürosuna Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Səfər çərçivəsində Qarabağ münaqişəsinin həlli, eləcə də ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, aprelin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıya gələcək.
Görəsən, ermənilərin atəşkəsi pozduğu günlərdə Putinin adamları Azərbaycana hansı mesajla gəlir? Onlar hökumətə nə təklif edə bilərlər?
Məsələni şərh edən politoloq Hikmət Hacızadə deyir ki, Sergey Şoyqu və Nikolay Patruşevin bura səfərində başqa problemlər də müzakirə olunacaq. Politoloq məsələni əsasən, son günlər cəbhə ərazisində baş verən hadisələrlə əlaqələndirir: “Bu səfər daha çox Azərbaycanın Qarabağda ermənilərə qarşı əməliyyatı barədədir. Sözsüz ki, başqa məsələlər də müzakirə mövzusu ola bilər”.
Nigar