Fərman Əfəndiyev saxta əmrlərin üzündən pensiya ala bilmir
Bakı şəhəri, Şərifzadə küçəsi ev 8, mənzil 14 ünvanında daimi qeydiyyatda olan işsiz, ədliyyə mayoru Əfəndiyev Fərman Mövlud oğlu Hərbi prokuror Xanlar Vəliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına ünvanlayıb.
Fərman Əfəndiyevin müraciətində deyilir: “Hörmətli cənab prokuror, mən, ÿSizin də artıqÿ bildiyiniz kimi, 1992-ci ildən 2003-cü ilə qədər olan müddət ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda idarə prokuroru vəzifəsində işləmişəm. 2003-cü ildə qanunsuz, əsassız və ədalətsiz olaraq, işdən asudə vaxtlarımda qanunvericiliyin tələblərinə uyğun ÿyaradıcılıq fəaliyyəti ilə məşğul olduğuma görə, prokurorluq orqanlarından xaric edilmişəm.
Tabelik qaydalarına uyğun olaraq əvvəlcə Baş prokurora, sonradan ÿisə məhkəmələrə müraciətimə baxmayaraq, konistutisiyon hüquqlarımın bərqərar edilməsinə nail ola bilmədim.
Sizin ÿisə 04.11. 2010-cu il tarixli, 36 saylı əmrinizlə mən (qanunsuz olaraq arxa tarixlə) 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrindən tərxis edilmişəm. Sizin imzaladığınız bu Əmr səbəbindən mən bu günə kimi hərbi pensiya ala bilmirəm. Bu da azmış kimi, mənə tərxis olunandan sonra verilməli olan birdəfəlikÿ və işdən çıxarma müavinətini də ala bilmirəm.
Azərbaycan Respublikasının Hərbi qanunvericiliyin tələblərinə uyğun olaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.ÿXidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
Həmin Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir.
Nəzərinizə çatdırıram ki, mən Azərbaycan Respublikasının Hərbi qanunvericiliyin tələblərinəÿmüvafiq olaraq göstərilən əmrlə tanış edilməmişəm və ümumiyyətlə bu əmrdənÿ 2015-ci ilin yanvar ayına qədər xəbərim olmayıb. Bunu Sizə ünvanladığım 16.01.2015-ci il tarixli ÿərizəmdəÿ də bildirmişəm. Həmin ərizəyə Azərbaycan Respublikası Hərbi prokurorluğundan ÿaldığım cavab məktubunda mənə aid olan əmrin mənəÿ təqdim edilməsindən qanunsuz olaraq imtina edilmişdir.
Odur ki, yuxarıda qeyd olunanları, mənim Azərbaycan Respublikası Hərbi Prokurorluğunda işlədiyim dövrlərdəki fəaliyyətimi, 12 ildən artıqdır ki, işsiz qaldığımı, həmin pullaraÿ çox ehtiyacım olduğunu nəzərə alaraq, mənə birdəfəlik və işdənçıxarma müavinətinin, işlədiyim dövr ərzində istifadə etmədiyim məzuniyyətlərin əvəzinə pul kompensasiyasının verilməsi və mənə hərbi pensiya hesablanması barədəÿ müvafiqÿ göstəriş verməyinizi xahiş edirəm”.